11.03.2015 il tarixində UAFA-ya Amerikalı Erqoterapiya mütəxəssisi Tammi Lenert təşrif buyurmuş və inkişaf problemi olan uşaqlar və onların valideynləri üçün erqoterapiyanın tətbiqinin əhəmiyyəti barədə fikirlərini bölüşmüşdür.
Qeyd etmək lazımdır ki, Tammi L. artıq 15 ildir ki, Azərbaycanda fəaliyyət göstərir. Bu müddət ərzində o, ölkəmizdə bir sıra sosial layihələr həyata keçirməklə yanaşı, azərbaycan dilində sərbəst danışmağı da öyrənmişdir.
Müsahibəsində Tammi xanım qeyd etdi ki, Azərbaycana yeni gəldiyi illərlə müqayisədə ölkədə hər bir sahədə, o cümlədən əlilliyi olan uşaqlar üçün reabilitasiya xidmətlərinin təşkili sahəsində nəzərə çarpan dərəcədə müsbət dəyişikliklər var. İnkişaf problemi olan uşaqların valideynlərinin erqoterapiya metodikası ilə tanış olmasının, onların övladları ilə evdə məşğul olmaları üçün təlimləndirilməsinin vacibliyini xüsusilə vurğuladı. Qeyd etdi ki, sosial sahə elə bir sahədir ki, daima təkmilləşdirilməyə ehtiyac yaranır, hətta Amerikada belə bu sahədə bəzən çətinliklər olur.
Bundan əlavə, Tammi əlilliyi olan uşaqların sosial inteqrasiyasından, bu uşaqlara xidmət göstərən tibb müəssisələri ilə reabilitasiya mərkəzlərinin əməkdaşlığının vacibliyindən, Azərbaycanda erqoterapiya üzrə mütəxəssislərin hazırlanmasından da danışdı.
Tammi UAFA ilə sıx əməkdaşlıq etdiyini və bundan sonra da xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası istiqamətində əməkdaşlığı davam etdirəcəyini bildirdi.
JOY UŞAQ İNKİŞAFI MƏRKƏZİ HAQQINDA DİGƏR VİDEOLAR
Amerikalı Erqoterapiya Mütəxəssisi Tammi Lenert JOY Uşaq İnkisafı Mərkəzində işçilər, valideyn və inkişaf problemi...
5 Fevral 2016-cı il tarixində görkəmli və məhşur Şoumen, TV aparıcı və prodyuser, Əməkdar Artist cənab Murad Dadaşov JOY Uşaq İnkişafı Mərkəzinin qonağı olmuşdur.
O, mərkəzin xidmətləri, uşaq inkişafı proqramı və metodikaları ilə yaxından tanış oldu, mərkəzin xidmətlərindən bəhrələnən valideyn və işçi heyyəti ilə sosial problemlər haqqında səmimi söhbət etdi.
www.joycenter.az
10 Fevral 2016-cı il tarixində görkəmli şairə, ictimai xadim və GAMMA agentliyin rəhbəri Zəhra Bədəlbəyli JOY Uşaq İnkişafı Mərkəzinin qonağı olmuşdur.
O, mərkəzin xidmətləri, uşaq inkişafı proqramı və metodikaları ilə yaxından tanış oldu, mərkəzin işçi heyyəti ilə sosial məsələlər və ölkənin sosial inkişafı, sivil cəmiyyətin formalaşması, əlilliy olan insanların cəmiyyətimizə intergrasiyyası, onlar üçün müvafıq infrastrukturun yaradılması və işlə təmin olunması mövzuları ətrafında geniş müzakirələr etdi.
Zəhra xanım bu sahədə müəyyən bilik və təcrübələrini heyyətlə bölüşdü və gələcəkdə UAFA-ilə əməkdaşlıq etmək istəyini də bildirdi.
www.joycenter.az